Amerikada tiktoka qarşı iddia qaldırıldı
ABŞ-nin ondan çox ştatı tiktoku yeniyetmələr arasında psixi sağlamlıq böhranının inkişafına töhfə verməkdə ittiham edərək sosial şəbəkəyə qarşı iddia qaldırıb.
Paralel.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Ölkənin hər yerindən olan 14 baş prokurordan ibarət qrup iddia edir ki, tiktok uşaqları proqrama cəlb etmək üçün asılılıq yaradan xüsusiyyətlərdən istifadə edir.
Nyu-York Baş prokuroru Letitia Ceyms gənclərin tiktokun çağırışları zamanı öldüyünü, yaralandığını, bir çoxlarının sosial media platformasının asılılıq xarakteri səbəbindən daha kədərli, narahat və depressiv olduğunu bildirib.
Tətbiqin problemli xüsusiyyətləri arasında yuxunu pozan xəbərdarlıqlar, tez-tez proqrama daxil olmağa məcbur edən videolar və istifadəçilərə görünüşlərini yaxşılaşdırmağa imkan verən filtrlər qeyd olunub.
Prokurorlar tiktoka maliyyə cəzalarının tətbiq edilməsini istəyiblər.(axşam.az)