Rusiyada DİN-in binasında terrora CƏHD EDİLDİ

Rusiyada DİN-in binasında terrora CƏHD EDİLDİ
 

Rusiyanın Daxili İşlər Nazirliyinin Smolensk vilayəti üzrə binasında terror aktı törətmək cəhdinin qarşısı alınıb.

Paralel.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin (FSB) ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Bildirilib ki, bir nəfər sənədləri olan qovluq adı altında əldəqayırma partlayıcı qurğunu gizli yolla DİN-in binasına keçirməyə cəhd edib.

Terror aktını törətməyə cəhd edən şəxs saxlanılan zaman yaralanıb.

 

0.018208026885986