Pepsi14 ildən sonra yeni görünüşünü təqdim edir - FOTO
14 ildən sonra ilk dəfə olaraq brend yeni loqotip və korporativüslub sistemini təqdim edir, bu da yeni hekayələr və tərəfdaşlıqlara yol açır. Bu hadisəni qeyd etmək üçün Pepsi insanları yeniliklər və gözlənilməz hadisələrlə tanış olmağa ruhlandıran “Thirsty for More” fəlsəfəsini ortaya qoyur. Brend yenilikçi məhsullar vəəhəmiyyətli kollaborasiyalar təklif edərək zamanla ayaqlaşmağadavam edir. Pepsi idman və musiqidə müasir texnologiyalardan vəyaradıcı tərəfdaşlıqlardan istifadə edərək qabaqcıl imkanlaryaradır.
Yeni loqotip və korporativ üslub keçmiş elementləri müasirhəllərlə birləşdirir.
Əsas elementlər:
• Pepsi loqotipi müxtəlif kontekstlərdə harmonik şəkildə birləşir.
• Yeni rəng palitrası, Pepsi Zero Sugar seriyasına xüsusi diqqətyetirərək elektrik mavi və qara rəngləri əhatə edir.
• Brendin ikonik simvoluna çevrilmiş fərqli banka silueti.
• Brendin inamını və cəsarətli düşüncəsini əks etdirən müasir, orijinal şrift.
• Pepsi loqosundakı dalğa pulsasiyasını, cızıltısını xatırladır, musiqinin ritmini və enerjisini simvolizə edir.
PepsiCo haqqında
PepsiCo dünyada 200-dən çox ölkədə 1 milyarddan çox insanaxidmət göstərir. Qeyd edək ki, 2023-cü ildə şirkətin xalis gəliriLay's, Doritos, Gatorade və SodaStream kimi markalar sayəsində91 milyard dollardan çox olub.
Ətraflı məlumat üçün www.pepsico.com saytına daxil olun.