Bakıda bu binalar bərpa olunacaq - Pul ayrıldı

Bakıda bu binalar bərpa olunacaq - Pul ayrıldı
 

Bakıda bəzi yaşayış binaları təmir və bərpa olunacaq.

İqtisadiyyat.az xəbər verir ki, söhbət paytaxtın Əziz Əliyev küçəsi 1, 3, 5, 7, 9 ünvanlarında və Neftçilər prospekti 103 ünvanında yerləşən yaşayış binalarından gedir.

Təmir işlərini Avstriyanın dünyaca məşhur restavrasiya şirkəti olan "Atelier Erich Pummer GmbH" ​şirkəti həyata keçirəcək.

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə şirkət arasında təmir işləri ilə əlaqədar olaraq dəyəri 185 000 manat olan müqavilə bağlanılıb.

Qeyd edək ki, "Atelier Erich Pummer GmbH" ​ 2010-cu ildən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə əməkdaşlıq edir. 
 

 

0.04213285446167