Abbas Kərimin toyda döyülməsindən DANIŞDI - VİDEO

Abbas Kərimin toyda döyülməsindən DANIŞDI - VİDEO
 

Əməkdar artist Abbas Bağırov həmkarı Kərim Abasovun toy məclislərinin birində döyülməsinə münasibət bildirib.

Paralel.az Olay-a istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Elgizlə izlə” verilişində danışıb.

“Bu məsələni hüququ yolla həll etmək daha məslətdir. Kərim düzgün edib ki, bu hadisəni hüququ yolla həll edəcək. Əgər musiqiçi hər hansısa bir yerdə səhnə alırsa… Onu ora dəvət ediblər ki, o müğənni orada çıxış edir. Əgər dəvət edən şəxsin musiqiçiyə iradı varsa çıxışından sonra bu şəkildə (döyülməyi nəzərdə tutur – red.) deyil etirazını mədəni formada bildirə bilər. Kərim bizim həmyerlimiz, azərbaycanlıdır. O, başqa ölkədən gəlməyib ki... O sənin özünküdür. Bəyənməmisənsə onun özünə de. Adətən belə məsələr toylarda çox olur. Misal üçün 500 nəfər qonaq oynayır onlardan biri isə rəqs edə bilmir. Belə olan halda bir nəfərə görə 500 nəfər qonağın havasını dəyişə bilmərəm. Keçmiş olsun! Ümid edirəm yaxşı nəticə ilə yekunlaşar bu məsələ. Belə bir şeylər ümumiyyətlə baş verməməlidir”, - deyə Abbas vurğulayıb. 

Bağırov səhnədə ifa mədəniyyəti olmayan lakin özünə müğənni deyən şəxsləri tənqid edib:

“Səhnəyə yaraşmayan o qədər insanlar var ki... Onlara toylarda bilirsiniz nə qədər əl çalırlar. Səhməyə yaraşmayan çox adamlar var. Belələrin nə oxumağı nə danışığı var. Nə işlə məşğul olduqları məlum deyil. Amma onların adı müğənnidir. Onlara əl çalırlar, bəyənirlər və məclislərinə dəfələrlə dəvət edirlər. Onlara heç bir irad da bildirmirlər”.//Olay.az

 

0.022143125534058