Tokayev: "Rusiyanı hərbi yolla məğlub etmək mümkünsüzdür"
Almaniya kansleri Olaf Şoltsla Astanada görüşən Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev digər məsələlərlə yanaşı, Ukraynadakı hərbi əməliyyatları da müzakirə ediblər.
Paralel.az xəbər verir ki, müzakirə zamanı qazaxıstan lideri Tokayev Şoltsa Rusiyanı müharibə yolu ilə məğlub etməyin qeyri-mümkün olduğunu bildirib.
Tokayevin fikrincə, tərəflər arasında atəşkəs üçün yaxşı şans İstanbul müqaviləsi idi.
Bununla belə, Qazaxıstan prezidenti əmindir ki, sülhə nail olmaq üçün hələ də imkan var.
“Fakt budur ki, Rusiyanı hərbi yolla məğlub etmək mümkünsüzdür. Müharibənin davam etməsi isə bütün bəşəriyyətə, ilk növbədə Rusiya-Ukrayna münaqişəsində bilavasitə iştirak edən bütün ölkələr üçün ağır nəticələrə gətirib çıxaracaq”, - Tokayev deyib.