Əməkdar artistin səhhətində problem yarandı: "Fəqərələrimdə sınıqlar var"

Əməkdar artistin səhhətində problem yarandı:
 

Əməkdar artist Kübra Əliyevanın səhhətində problem yaranıb.

Paralel.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya aktrisanın özü məlumat verib. 

O bildirib ki, həkimlər fəqərə sümüyündə sınıqlar aşkar edib:

"Belimdə problemlərim var, fəqərələrimdə sınıqlar aşkarlanıb. Yeriyirəm, gəzirəm, amma uzun müddət müalicə lazımdır. Bu gün verilişimizin yeni sezon üçün açılışı idi. Gözəl sənətkarımız Abbas Bağırov "Kimin belə nənəsi var" deyə oxudu, orada necə oynamaya bilərdim. Doyunca oynadım".

Qeyd edək ki, bir müddət əvvəl Əməkdar artist Kübra Əliyeva yıxılıb, qolları altında qalmışdı. Xeyli zamandır ki, müalicə olunan aktrisa bir müddət qollarını hərəkət etdirə bilməmişdi.

 

0.011958122253418