Azərbaycanın valyuta hərraclarındakı satış 2 dəfədən çox artıb

Azərbaycanın valyuta hərraclarındakı satış 2 dəfədən çox artıb
 

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 5 milyard 074,2 milyon ABŞ dolları məbləğində satış olub.

Paralel.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 649,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 43,6 % çoxdur.

 

0.030673027038574