Qubada qazi intihara cəhd etdi...
"Gənc Qazilər" İB-nin Qəbələ rayon Filialının sədri, qazi Bəhram Nuruyev intihara cəhd edib.
Vaxtında müalicəsinin düzgün aparılmaması və psixoloji durumunun yerində olmaması səbəbindən, dünən Qəbələ rayonunda özünü güllə ilə vurub.
Güllə əl barmaqlarını zədələyərək qarın boşluğuna girib. Gecə ilə Respublikanski xəstəxanasına gətirilib. KT və Rentgen olunub. Həkimlər bildirir ki, hazırda əməliyat olunub güllə götürülməsi məqsədəuyğun deyil. Bir neçə günə durumu qiymətləndirməlidir. Ondan sonra güllənin götürülməsi məsələsinə baxılacaq.
Hal-hazırda vəziyəti normaldı, şükür Allaha.
"Gənc Qazilər" İctimai Birliyinin bir qrup kollektivi ilə Bəhram bəyi ziyarət etdik, acil şəfalar dilədik.
Ayaz Qasımov
Qarabağ qazisi