Bakıda tanışını bıçaqlayan şəxs saxlanıldı

Bakıda tanışını bıçaqlayan şəxs saxlanıldı
 

Bakıda xuliqanlıq zəminində bıçaqlanma olub.

Paralel.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Fədail Vaqif oğlu Abdullayev tanışı 1997-ci il təvəllüdlü Cəfər Elman oğlu Hacıyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fədail Abdullayev şübhəli şəxs qismində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

0.009443998336792