Bloomberg: Donorlar Baydenin əvəzlənməsini istəyirlər

Bloomberg: Donorlar Baydenin əvəzlənməsini istəyirlər
 

Demokrat Partiyasının donorları ABŞ prezidenti Cozef Baydenin debatdakı çıxışından sonra namizədin əvəzlənməsinin lazım olduğu qənaətinə gəliblər.

Paralel.az ” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Debatdan sonra donorlar demokratların yeganə ümidinin Baydenin getməsi olduğuna dair müzakirələrə başlayıblar.

Agentlik qeyd edib ki, tez-tez xatırlananlar arasında ABŞ-ın vitse-prezidenti Kamala Harris, Kaliforniya qubernatoru Qevin Nyusom və Miçiqan qubernatoru Qretçen Uitmar da var idi.

“Boomberg” məqaləsində müzakirələrdən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın “Ağ Evə qayıtmaq üçün favorit” olduğu vurğulanıb.(Report)

 

0.013123035430908