Məşhur müğənni bu səbəbdən konsertlərini ləğv etdi - FOTO
“Avroviziya” mahnı müsabiqəsində 21 ildən sonra yenidən səhnəyə çıxan Sertab Erener səhhətindəki problemlərə görə bəzi konsertlərini ləğv edib.
Paralel.az xəbər verir ki, 59 yaşlı müğənni sosial media hesabında bəzi konsertlərini ləğv etməli olduğunu açıqlayıb.
“İsveçdə keçirilən “Avroviziya” müsabiqəsinin yarımfinalından döndüyüm gündən bir aydır ki, səhhətimdə xoşagəlməz problemlərlə mübarizə aparıram. Təəssüf ki, bu prosesdə iyun konsertlərinin bir hissəsini təxirə salmalı oldum. Buna görə çox üzr istəyirəm. Ciddi səbəbim olmasaydı, inanın ki, nə olursa olsun konserti ləğv etməzdim. İndi şükürlər olsun ki, özümü yaxşı hiss edirəm”, - Sertab Erener qeyd edib.