ABŞ prezidenti Bayden SSRİ-nin Baş Katibi Çernenkoya bənzəyir

ABŞ prezidenti Bayden SSRİ-nin Baş Katibi Çernenkoya bənzəyir
 

ABŞ güc və qüdrət deməkdir. Ştatlar həm də demokratiyasına görə də seçilir. O, bir çox cəhətləri üzrə örnək sayılır.

Noyabrın 15-də ABŞ-də prezident seçkisi keçiriləcək. Bu siyasi kampaniyanın nəticəsi beynəlxalq siyasətə də təsir göstərə bilir. Prezidentlik uğrunda əsas mübarizə ənənəvi olaraq Demokratlar və Respublikaçılar partiyaları arasında gedir.

Birincilərin lideri fəaliyyətdə olan Prezident Cozef Bayden onun rəqibi isə ikincilərin təmsilçisi, keçmiş dövlət başçısı Donald Trampdır.

Seçkiqabağı kampaniyada Cozef Baydenin sağlığı müzakirəyə səbəb olan başlıca mövzudur.

İlk teledebatda o, Trampa böyük fərqlə məğlub olub. Bu, demokratları, Baydenin tərəfdarlarını və ailə üzvlərini narahat edib.

"The New York Times"ın məlumatın əsasən, partiyanın havadarları iradəsinin əksinə olaraq onu prezidentliyə namizədlər siyahısından çıxarılmasını belə müzakirə edir.

Bəzilərin onun bu siyasi kampaniyada iştirakının daha çox həyat yoldaşından asılı olduğunu iddia edir. Xanımı, övladları və nəvələri Baydeni inandırıblar ki, çıxışı bərbad olsa da, o, Trampa qalib gələ, daha dörd il xidmət edə biləcək ən yaxşı namizəddir.

Demokratlar Partiyası onun başqa namizədlə əvəzlənəcəyini təkzib ediblər. CBS-in partiya daxilində keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, siyasi təşkilatın üzvlərinin 46 faizi hesab edib ki, Bayden prezident seçkisində iştirak etməməlidir.

Bu, fevralda eyni mövzuda keçirilən sorğunun nəticələrindən 10 faiz çoxdur.

"Atlanta Journal-Constitution" ABŞ Prezidentini təcili olaraq bu siyasi kampaniyadan çıxmağa çağırıb və bildirib ki, bu, amerikalıların milli marağına daha çox cavab verəcək.

Bütün bu kimi çağırışlara baxmayaraq demokratlardan olan senatorlar Baydenin mübarizədən çıxmasının qəti əleyhinə olduğunu vurğulayıblar. Senator Rafael Uornok bildirib: "Bundan pis debatlar olur. Mən, Cozef Baydeni dəstəkləyirəm. Bizim tapşırıq onu noyabrda finişi keçəcəyinə əmin etməkdir".

ABŞ Konqresi Nümayəndələr Palatasının 84 yaşlı keçmiş sədri Nensi Pelosi də Baydenin kampaniyanın ortasında mübarizəndən çəkilməsini istəmədiyini vurğulayıb.

ABŞ-nin keçmiş prezidenti Barak Obama da iki namizəd arasında debata münasibət bildirərkən deyib ki, hərdən belə pis müzakirələr olur. O, Baydenin əvəzlənməsinin daha mürəkkəb olacağını söyləyib. Bəziləri iddia edir ki, Baydeni seçkilərdə Barak Obama əvəz edə bilər.

ABŞ jurnalistləri son dörd ayda Ağ evin indiki sahibinin çıxışlarında 148 səhv yol verdiyini sayıb. O, adları, tarix, hətta ölkələri belə dəyişik salıb.

"Amerika səhv edib. Biz indiyədək bin Ladeni tuta bilməmişik. Ukraynaya, daha doğrusu İraq və Əfqanıstana girməməli idik", "Bizi dəstəklədiyi üçün Çini, bağışlayın Kanadanı alqışlayıram" kimi açıqlamalar onun etdiyi yanlış çıxışlardandır.

Oxşar hadisə 1968-ci il martın 31-də baş verib. Vyetnam müharibəsinin şiddətli vaxtında 36-cı prezident Lindon Beyns Conson açıq şəkildə ikinci müddətə prezident seçkisində iştirak etməyəcəyini bildirmişdi. Ona görə ehtimal edilir ki, Cozef Bayden də son məqamda bu addımı ata bilər.

Məşhur milyarder İlon Mask Baydenin Trampla debatdakı çıxışını məsxərəyə qoyub. O, Demokratlar Partiyasının Cozef Baydeni qalib elan etməsinə cavab olaraq sosial şəbəkədə belə paylaşım edib: "Çox gülməlidir".

Yeri gəlmişkən, İlon Mask son beş ildə varidatı ilə milyarderlər arasında daha tez parlayan fiqurdur. O, həm də Ağ evin yüksək səviyyəli elçisi kimi dəyərləndirilir.

İctimaiyyət, Demokratlar Partiyası daxilində Baydenin prezidentliyə namizəd olmasına münasibət birmənalı deyil. Əlbəttə, demokratik cəmiyyətdə seçkilər azad, şəffaf və ədalətli prinsiplərə uyğun olaraq keçirildiyindən onun iştirakı da bu tələblərə əməl edir. Ancaq ABŞ-nin dünya miqyasında əhəmiyyətinin nəzərə alsaq bu kimi çatışmazlığı olan şəxsin prezident olması beynəlxalq səviyyədə qalmaqla və ya problemə səbəb ola bilər.

81 yaşlı Bayden həm də nüvə silahı çemodanının kodunu bilənlərdən, onu yanında gəzdirəndir. Kodu yaddan çıxarsa nə baş verər? Yaxud Baydenin malik olduğu bütün bu kimi gizlinlərə neçə yavər lazım olacaq? Bir zamanlar ABŞ başda olmaqla Qərb mediası, siyasilər və dövlət başçıları keçmiş SSRİ-ni idarə edənləri, o cümlədən Siyasi Büro üzvlərini lağa qoyurdu. Haqsız deyildilər. Sovetlərin rəhbəri Leonid İliç Brejnev Bakıda çıxışında Azərbaycanla Əfqanıstanı çaş-baş salanda Baydendən 7 yaş cavan idi. Qoca lider həm SSRİ əhalisi, həm də dünya üçün problem yaratmışdı.

Onlar hadisələrə birbaşa müdaxilə etdiklərindən yeni düşüncəyə uyğunlaşa bilmir, cəmiyyətin təbii inkişafına məhəl qoymurdular. Bütün hallarda da o qocalar sovetləri çökdürdülər.

İnsanların yaşlanması təbii prosesdir. Onun bu halı normal vəziyyətdə kimsəyə problem yaratmır. Ancaq onlar müxtəlif çatışmazlıqları ilə ölkəyə liderlik edirsə, bu, dövlətin nüfuzuna zərbə vura bilər. Belə halda onun dedikləri ciddi qəbul olunmaz. Cozef Baydenin vəziyyəti də perspektivdə belə qənaətə gəlməyə əsas ola bilər. Onun ikinci dəfə seçilməsi Ştatlara yeni qalmaqallı açıqlamalar yaşada bilər. Əvvəllər ABŞ-da prezidentin səhhəti ciddi məsələlərdən sayılırdı. Deyəsən, indi bu məsələyə elə də diqqət ayrılmır. O zaman sual yaranır: ABŞ-ni kim idarə edir? Bəlkə, onu prezidentin idarə etməsinə ehtiyac yoxdur? Bir zamanlar sovetlərin dağılmasında senator kimi rol oynamış, anti-Rusiya çıxışları etmiş, müharibədə Ukraynaya yardımlara imza atmış, hətta, Azərbaycana qarşı sanksiyanın tətbiqində rolu olmuş Bayden indi həmin gücə malik deyil. O ətalətlə fəaliyyətinin davam etdirir. Deməli, qarşısına çıxarılan sənədə qol çəkməklə dövlətə başçılığı edir. Ancaq indi ABŞ başda olmaqla dünyanın, bütün mənalarda daha sağlam başa ehtiyacı var. Yaşlaşmaq eyib olmasa da, onun çatışmazlıqları ilə barışmaq vacibdir. Sovetlər dövründə Yuri Andropovdan sonra hakimiyyətə 74 yaşlı Çernenko gətirildi. Ancaq onun təngənəfəs çıxışını dinləmək üzücü idi. Onun bu vəziyyətinin SSRİ-nin halı ilə eyniləşdirmək də olardı. Ondan sonra Mixail Qorbaçova qulaq asmaq həm də heç doğrulamaycaq müəyyən ümidlər yaradırdı... Odur ki, ABŞ-yə heç Donad Trampın prezident olması da yaraşmır...(Report)

 

0.067699909210205