Süni qiymət artımı xalqla hakimiyyət arasında narazılığı gücləndirir... - Araşdırma
Azərbaycanda əmək haqqı və təqaüdlər 10 faiz, kommunal xərclər, qiymətlər isə həndəsi silsilə ilə artır
Ölkə əhalisinin iqtisadi durumu çox ağırdır və hər gün daha da ağırlaşır. Qiymətlərin sürətlə qalxmasi, xüsusən yanacağın, kommunal xərclərin durmadan artması, bazar və marketlərdə gündəlik təlabat mallarının, gündəlik məişətdə çox işlədilən məhsulların qiymətləri dizel yanacağının və benzin qiymətinin qalxmasından sonra bir daha bahalanacaq, bu da insanları daha çətin və dözülməz duruma salacaq.
Süni qiymət artımına etiraz edən deputat Fazil Mustafa
Ekspertlər, hətta deputatlar belə, Tarif şurasının yanacağın, xüsusən dizel və benzinin qiymətini qaldırması əhalinin istifadə etdiyi bütün növ gündəlik təlabat mallarının və ərzaq məhsullarının qiymətlərinin qalxmasına səbəb olacağına həyacanla etiraz edirlər. Hazırda ölkədə yaşayan əhalinin 80 faizini təşkil edən, 350 manat əməkhaqqının və 250-300 manat təqaüdün ümidinə qalan kasıb insanları dilənçi vəziyyətinə salacağı deyilir.
Süni qiymət artımına etiraz edən deputat Məlahət İbrahimqızı
Ölkədə dilənçilərin və zibil qutularını eşənlərin sayının durmadan hər gün artması göstərir ki, Azərbaycanda azmaaşlı, aztəqaüdlü və aztəminatlı insanların iqtisadi durumu getdikcə pisləşir. Bu da ölkədə deqradasiya, narkomaniya, oğurluq, dələduzluq, soğunçuluq, intihar və fahişəlik kimi mənfi halların daha sürətlə genişlənməsilə nəticələnir.
Hazırda Azərbaycanda işsizliyin yaratdığı ən təhlükəli hallar baş verir: gənclər ölkəni sürətlə tərk edir, gənc ailələr dağılır, boşanan ailələrin sayı durmadan artır, kütləviləşir, türmələr narkomanlarla doludur, narkomanların boy sırası hər gün artır, fahişəlik baş alıb gedir, hotellərin əksəriyyəti pritona çevrilib, ölkədə ən təhlükəli dəri-zöhrəvi və cinsi xəstəliklər sürətlə yayılır. Ölkədə hər cür fəlakətə səbəb olan mənfi hallara qarşı ciddi mübarizə aparılmır...
İnsanlarla aparılan sorğunun nətcəsi də göstərir ki, xalq ölkədə ardıcıl davan edən qiymət artımını hakimiyyətin sərişdəsizliyi hesab edir. Çünki nazirlərin müavinlərindən ibarət olan Tarif Şurası hər dəfə xalqın sosial-iqtisadi durumunu daha da çətinləşdirən qərarlar qəbul edir...
Paralel.az