Obamadan Bayden-Tramp duellosu barədə: İnanın ki, bilmirəm...

Obamadan Bayden-Tramp duellosu barədə: İnanın ki, bilmirəm...
 

Sabiq ABŞ prezidenti Barak Obama (2009-2017) 2024-cü ildə ABŞ Prezidenti Bayden və Tramp arasında keçirilən prezident seçkilərinin ilk televiziya debatında Baydenin tənqidlərə səbəb olan davranışı ilə bağlı açıqlama verib.

Paralel.az "Star" qəzetinə istinadla xəbər verir ki, o, Baydenə dəstəyini ifadə edib:

"Pis debat gecələri olur. İnanın, bilirəm. Amma bu seçki yenə də həyatı boyu sadə insanlar üçün mübarizə aparan biri ilə yalnız özünü düşünən biri arasında seçimdir.Doğrunu söyləyən, doğrunu yanlış bilən və bunu ABŞ xalqına birbaşa deyən biri ilə  öz mənfəəti üçün yalan söyləyən biri arasındakı seçkidir. Dünən gecə bunu dəyişdirmədi və buna görə də oktyabrda çox şey təhlükədədir".

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden debat zamanı çıxış edərkkən failə verməsi müzakirələrə səbəb olub.
 

 

0.0083661079406738