Dos. İlham Əhmədov - 8631 nəfər tələbə niyə xaric edildi?

Dos. İlham Əhmədov - 8631 nəfər tələbə niyə xaric edildi?
 

2023-cü ildə ümumilikdə 8631 nəfər tələbə təhsil haqqının ödənilməməsi v.s. səbəblərə görə universitet təhsilini yarımçıq saxlayıb. Əvvəlki illərdə də daim buna yaxın statistika olub.
Bu problemin əsas səbəbi uşaqların 2-3 il ərzində repetitor hazırlığına və məktəbdən icazə alınmasına valideynlərin N qədər pul xərcləməsidir.
Belə olmasaydı, valideynlər borc və kreditə düşməzdilər, 1001 əziyyətlə universitetə qəbul olunan tələbə maddi səbəblərdın xaric olmazdı.
Bu gün məktəb öz funksiyasını normal, tam icra etsəydi, nə repetitorluğa ehtiyac olardı, nə də ailələrdə borc yaranmazdı. Bu uşaqlar da təhsil haqqını ödəyərdilər, universitet təhsilləri yarımçıq qalmazdı.
Ölkədə hələ də təhsilin inkişafı üzrə strategiya yoxdur, amma repetitorluğun inkişafı hansısa məxfi strategiya ilə sürətlə, analoqsuz inkişaf edir, məmurlara və işbazlara böyük qazanc gətirir, təhsil çökür, kölgə təhsili isə şıdırğı inkişaf edir.
Məktəb dərsliklərinin keyfiyyətsizliyi də məhz bu səbəbdəndir, məqsədlidir, repetitor bazarının inkişafına xidmət edir.
Təhsil sisteminin sistemliliyi pozulsa da, repetitorluq sistemli fəaliyyətdədir.
Ölkə təhsili sanki, böyük bir repetitorxanaya çevrilib.

Paralel.az 

0.0086550712585449