Müğənninin bu hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub

Müğənninin bu hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub
 

Türkiyəli məşhur müğənni Yıldız Tilbe məzarın üzərinə çıxıb mahnı oxumaq istəyib.
 

Paralel.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə sənətçi Bodrum Antik Teatrında konsert verən zaman yaşanıb.
İfaçı tarixi türbənin üzərinə çıxaraq mahnı oxumaq istəyən zaman mühafizəçilər mane olub.

Tarixi abidənin qəbir olduğunu anlamayan Tilbe "onu buradan götürsünlər, belə yerdə məzar olar?!" söyləyib.
Müğənninin bu hərəkəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

0.013547897338867