"Bəyənməyənlər "qara siyahı"ya atsın" - Hüsniyə Məhərrəmova

 

"Azərbaycanda yaşayanda ora haqında yazırdım, danışırdım, göstərirdim. Masazırda qalırdım deyə ora haqda paylaşım edirdim. Düzdür? Düzdü!".

Bu sözləri aparıcı Hüsniyə Məhərrəmova sosial şəbəkə hesabında yazıb. Amerika haqqında paylaşımlarını tənqid edənlərə cavab verən aparıcı bunları əlavə edib:

"İndi mən Amerikada yaşayıram, gündəlik həyatım bura ilə bağlıdır, ona görə buradaki həyatımı göstərirəm, yazıram. Məntiqlidir? Məntiqlidir! Öz səhifəmdə öz təəssüratlarımı, gördüklərimi, yaşadıqlarımı (sizin eşitmək istədiklərinizlə üst-üstə düşmürsə belə) bölüşməyə haqqım çatır? Çatır! Yeni gəlmiş immiqrant kimi, bu gün yaşadığım yeri gəldiyim yerlə müqaisə etməyə (sizin eşitmək istədiklərinizlə üst-üstə düşmürsə belə) ixtiyarım çatır? Çatır (hərçənd, eləməmişəm, fikrim də yoxdur). Ona görə, gəlin belə danışaq: Kim mənim Amerikadan olan postlarımı, storilərimi, səmimi söylədiyim fikirlərimi, bu ölkəyə olan heyranlığımı və burada özümü xoşbəxt hiss etdiyimi görmək, eşitmək istəmir, - izləmədən çıxartsın və "qara siyahı"ya atsın. Kimə mənim Amerika sərgüzəştlərim maraqlıdır - yuxarı başa, gözüm üstə yeriniz var!

Amma durub burda Vətən, Sakarya deyib ət tökənlik etməyin. Bir adamın Vətəninə sevgisi boş təriflərlə ölçülmür. Elə olsaydı, bu gün Avropa və Amerika, Bakida oturub bütün günü ölkəsinə sevgisindən dəm vuran, Qərbi söyən, gizlidən isə bütün sərvətini ordan bura daşıyan, özünə və uşaqlarına altdan-altdan həmin o Qərbdə gələcək quran azərbaycanlılarla dolu olmazdı.

Mənim Azərbaycana olan sevgim - orada yaşadığım ömrüm boyu rüşvətdən, oğurluqdan, yalandan, yaltağlıqdan uzaq duraraq, çalışdığım sahədə, işlədiyim bütün beynəlxalq tədbirlərdə öz bacarığım kapasitədə ölkəmə xeyir gətirərək, nüfuzunu qaldıraraq, hər zaman dürüst olmağa çalışaraq, gördüyüm çatışmamazlıqları, onları yaxşılığa doğru dəyişmək məqsəd və ümüdü ilə dilə gətirməyimlə layiqli vətəndaş olmağım olub!

Hələ, vaxtı-vaxtında ödədiyim vergiləri demirəm. Ölkəni təkcə tərifləyəndə - olur Şimali Koreya! Amma baxıram, çoxu elə məhz elə ölkədə yaşamağa layiq olan adamlardı".

 

0.017849922180176