"Alnı çox gözlədir, məni həmin aktrisa canlandırsın" - Rihanna
Barbadoslu dünyaca məşhur müğənni Rihanna son açıqlaması ilə diqqət çəkib.
Paralel.az xəbər verir ki, ifaçı həyatının film olacağı təqdirdə onu kimin canlandırmasını istədiyini bildirib. Rihanna həyatından bəhs edəcək ekran işində kanadalı aktrisa Teylor Rassellin ona həyat verməsini istəyir.
"Teylor Rassell olsun. Niyə? Çünki çox gözəl alnı var." deyə, Rihanna söyləyib.
Qeyd edək ki, Rihanna məşhru reper Eysap Roki (Rakim Mayers) ilə nişanlıdır. Cütlüyün 2 oğlu var.