“Universitet 3.0” nədir? - Dos. İlham Əhmədov 

“Universitet 3.0” nədir? - Dos. İlham Əhmədov 
 

Bu gün dünyada yeni tip universitetlərin yaranmasına səbəb olacaq ciddi dəyişikliklər baş verir. Universitetlərin fəaliyyəti təkcə biliklərin ötürülməsinə deyil, ilk növbədə tələbələrə praktiki problemlərin həll yollarını öyrətməyə yönəlməlidir.
Əvvəllər universitetlər yalnız biliyin artırılmasına diqqət yetirirdilər, bu gün isə elmi nəticələrin kommersiyalaşdırılması vacibdir.
Bugün bir çox ölkələrdə 3-cü nəsil universitetlər yaranır və inkişafı edir, nou-haunun inkişafı və kommersiyalaşdırılması ön plana çıxır, əqli mülkiyyətin qorunması məsələləri gündəmə gəlir. Bu prosesə yeni bilik və yeni bacarıqlar cəlb edilir.
Tələbələr öz təhsillərinə görə məsuliyyət daşımalı və lazım bildikləri fənləri seçməlidirlər.
Bu sahədə tanınmış mütəxəssis Johan Wissema qeyd edir ki, Universiteti 3.0 ilk növbədə sənaye şirkətləri və xarici həmkarları ilə fəal əməkdaşlıq edən açıq universitetdir. İstehsalatla qarşılıqlı əlaqə tədris prosesinə müsbət təsir göstərir: tələbələr uğurla işləmək üçün hansı fənlər lazım olduğunu başa düşür və təhsillərini buna uyğun qururlar. Professor vurğuladı ki, tələbələr öz təhsillərinə görə məsuliyyət daşımalı və lazım bildikləri fənləri seçmək imkanı olmalıdır.
Tələbələrin müxtəlif şirkətlərə çıxışı olduqda, onlar hansı fənlərə ehtiyac olduğunu anlayacaqlar. Məsuliyyətin tələbələrə ötürülməsi vacibdir, çünki bu, onları öyrənməyə həvəsləndirir.
Dünyada gələcəkdə diplomlara ehtiyac olmayacaq. İşəgötürənlər potensial işçilərlə işə məktəbdən başlayırlar. Ona görə də gələcəyin universitetlərinin rolu kadr hazırlamaq deyil, insanların inkişafına kömək etməkdir.
Təhsillə işəgötürən arasında bu əlaqədə diplomlar artıq olur. Getdikcə daha çox insan bilik naminə təhsil alır, pul qazanmaq üçün diplom almağa ehtiyac yoxdur. Universitetin məqsədi tələbəyə problemləri həll etməyi öyrətməkdir.
“Universitet 3.0” konsepsiyası vəhdətddə olan təhsil, elm və innovativ sahibkarlığın inteqrasiyasıdır. Təhsil elmə müsbət təsir edir, elm isə öz növbəsində sahibkarlıq ideyalarının mənbəyidir. “Universitet 3.0 tələbələr arasında sahibkarlıq mədəniyyətinin inkişaf etdirilməsi, onların stimullaşdırılması və sahibkarlıq fəaliyyətinə hazırlanmasıdır. Universitet tələbələrə təhsilləri ilə paralel olaraq elmlə məşğul olmaq və öz biznes layihələrini inkişaf etdirmək, bu layihələri universitetlə əlaqəli müəssisələrdə həyata keçirməkdə maraqlıdır. Bu məqsədlə ATM-nə təcrübəli alimlər və sahibkarlar cəlb edilir, universitetin tədris proqramına onlar tərəfindən tədris olunan, sahibkarlıqla əlaqəli xüsusi fənlər daxil edilir. Bilik iqtisadiyyatının inkişafı üçün əmək, kapital, texnologiyalar hələ kifayət deyil. Bu gün texnoloji sahibkarlıq innovativ iqtisadi inkişafın mühüm hərəkətverici qüvvəsidir. İndi universitetlərin qarşısında yeni vəzifə – innovativ sahibkarlıq ekosistemlərinin formalaşdırılması durur.

Paralel.az 

0.12544298171997