8 noyabr prospekti ilə bağlı tənqid: işıqfor olsa da, piyadalar keçə bilmir

8 noyabr prospekti ilə bağlı tənqid: işıqfor olsa da, piyadalar keçə bilmir
 

8 noyabr prospektində aparılan yenidənqurma işləri ilə bağlı bəzi tənqidi fikirlər səsləndirilir.

Paralel.az xəbər verir ki, sosial şəbəkələrdə prospektin bir hissəsində piyadaların rahatlığının təmin olunmadığı deyilir.

Bildirilir ki, 8 noyabr prospekti və Xəqani Rüstəmov küçəsində yol işıqforla tənzimlənsə də piyada keçidinə yer verilməyib. Yaxınlıqdakı yeraltı piyada keçidindənsə, burada yerüstü piyada keçidinin olmasının daha işlək və rahat ola biləcəyi qeyd olunur. 

Eləcə də, yeraltı piyada keçidindəki eskalatordan uşaq və əlil arabası ilə keçidin qadağan olunması tənqid olunur.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov “Ölkə.Az”a açıqlamasında bildirdi ki, Agentlik tərəfindən paytaxtın küçə və prospektlərində müxtəlif infrastruktur layihələri həyata keçirilir. Davamlı xarakter daşıyan bütün layihələrdə hərəkət iştirakçıların təhlükəsizliyi ön planda dayanır:

“Son illər 8 Noyabr prospektinin bir neçə məntəqəsində piyadaların yolu təhlükəsiz keçmələri üçün işıqforlarla nizamlanan keçidlər təşkil olunub. 8 Noyabr prospekti ilə Xəqani Rüstəmov küçəsinin kəsişməsində isə yeraltı piyada keçidi olduğundan nizamlanan piyada keçidlərinin təşkili məsələsi nəzərə alınmayıb”.  

“Lakin bu əraziyə yaxın məsafədə 4 yerdə işıqforla nizamlanan piyada keçidləri mövcuddur. Ümumilikdə isə yeni layihəyə əsasən, prospektin 9 ünvanında nizamlanan piyada keçidinin yaradılması nəzərdə tutulub”, - deyə qurum nümayəndəsi əlavə edib.

 

 

0.015752077102661