Azərbaycanda unun topdansatış QİYMƏTİ AÇIQLANDI
Azərbaycanda unun yeni qiyməti açıqlanıb.
Paralel.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, son günlər Azərbaycanda unun qiyməti bahalaşıb.
Ötən ayla müqayisədə unun topdansatış qiymətində iki-dörd manat artım qeydə alınıb. Bahalaşmanın səbəbləri göstərilməsə də, istehsalçılar bu məhsulu yeni qiymətə təklif edirlər.
Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kiloqramlıq unun topdansatış qiyməti 27,40-29 manat aralığında dəyişir. Ötən ay isə bu rəqəm 24,60-26,70 manat idi.
Ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM və "Nural" MMC tərəfindən bazara təqdim olunur.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik: