Bu bulağın ədəbiyyat tariximizdə rolundan çox yazılıb... - Məmməd Talıblı 

Bu bulağın ədəbiyyat tariximizdə rolundan çox yazılıb... - Məmməd Talıblı 
 

Bu bulağın ədəbiyyat tariximizdə rolundan çox yazılıb, çox danışlıb... Yəqin ki, keçmiş kişilərin danışdıqları nostalji söhbətlərində “İsa bulağı”nda 1 qoyunu necə kabab etmələrindən, 2 litr arağı necə içə bilmək “qəhrəmanlığının” səhnələrindən danışıldığını eşitmisiniz.

Yol yoldaşlarımızla arada Şuşanın tarixi ilə bağlı söhbətlər edirik.
Bu torpağın yetişdirdiyi musiqi karifeylərindən, Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına bəxş etdiyi tarixi şəxsiyyətlərindən böhs edirik. Sonra başa düşdüm ki, yoldaşlarımızın bəzilərinin Şuşa haqqında keçmiş xatirə və təəsuratları “İsa bulağı”ndakı kef məclislərindən, kabab və arağın insan mədəsində necə yola getməsindən o yana getməyib.

“İsa bulağı”nın nostaljisi onun təsəvvüründə kültürəl-mənəvi estetikasından daha çox kef məclislərindəki tost səviyyəsində qalıb. Biz bulağın önəmini dərk etdikcə, bulağın suyu qədər durulacağıq.

Avtobusumuzun sürətli hərəkəti mənim bir nöqtəyə dikilən göz diqqətimə mane ola bilmir. 40 il əvvələ qayıtmışdım....
Gördüyüm Şuşanı yox, əsərlərdən oxuduğum Şuşanı göz önündə canlandırmağa çalışırdım.

Atatürk yazırdı ki, məni tanımaq üçün məni görməyə ehiyac yoxdur, mənim fikirlərimlə tanış olmaq məni tanımaq və görmək kimidir. Şuşanın da mənim üçün tanıtım forması bu fikrə söykənir.

Paralel.az 

0.043195962905884