“McDonald’s” menyularının qiyməti 40% artıb
“McDonald’s” menyusunun orta qiyməti 2019-cu ildən bəri təxminən 40% artıb.
Paralel.az CNBC-yə istinadən xəbər verir ki, bunu “McDonald’s ABŞ”nin prezidenti Co Erlinqer açıqlayıb.
O, bunu fəstfud şirkətinin qiymətləri 100%-dən çox artırması ilə bağlı sosial şəbəkələrdə yayılan iddialara cavab olaraq deyib.
Şirkət prezidenti, “Big Mac”ın orta qiymətinin 2019-cu ildəki 7,29 dollardan 27% artaraq 9,29 dollara yüksəldiyini, 10 ədəd “McNuggets”in qiymətinin eyni dövrdə 28%, orta ölçüdə qızardılmış kartofun qiymətinin isə 44% artdığını bildirib.
Artımların işçi heyət maaşları və malların dəyəri kimi məsrəflərlə əlaqəli olduğu qeyd olunub.