Həcc ziyarətinin qiyməti niyə artıb? - AÇIQLAMA

Həcc ziyarətinin qiyməti niyə artıb? - AÇIQLAMA
 

Həcc ziyarətinin bir nəfər üçün olan qiyməti artıb. Hazırda bir nəfər üçün Həcc ziyarətinin qiyməti 5 min 850 ABŞ dollardır. Ötən il isə mart ayında bu qiymət 5 min 750 dollar idi.

Paralel.az xəbər verir ki, iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, bu, ötən illə müqayisədə ciddi artım deyil:

"Bu artımı faizə çevirdikdə bu il ötən ildən təxminən 1,7% artım olub. İnflyasiya faktoru nəzərə alınsa, bu, elə də ciddi artım deyil. Çünki, ötən il Azərbaycanda 8,8%, Ərəbistanda isə 2,47% inflyasiya olub. Odur ki, 1,7% artım normal hesab edilə bilər".

Ekspert deyir ki, ümumiyyətlə “Bir nəfər üçün 5 min 850 ABŞ dollar, təxminən 10 000 manata qədər olan qiymət çoxdur, yoxsa az?” sualına ciddi hesablama və təhlillər aparmadan cavab vermək mümkün deyil:

"Sadəcə onu qeyd etmək olar ki, tələbin yüksək olmasına rəğmən, təklifin kəskin az olması həmişə və hər yerdə qiymətlərə təsir edir. İstənilən xidməti təklif edən subyekt rəqibsiz olarsa və üstəlik məhdud sayla olarsa,

 

0.044244050979614