“Gədəbəy Mineral Suları” nə üçün cərimələndi? – SƏBƏB

“Gədəbəy Mineral Suları” nə üçün cərimələndi? – SƏBƏB
 

“Gədəbəy Minaral Suları” ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsini pozub.

Tələbi pozuyan maddəyə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə MMC qırx manat məbləğində cərimə edilir.

İşə 5 iyun tarixində Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

0.043155908584595