"Hongqing Technology" şirkəti "Honghu-3" adlı peyk layihəsi üzərində işləyir

 

Çinin "Hongqing Technology" şirkəti "Starlink" ilə rəqabət aparmaq üçün "Honghu-3" adlı peyk layihəsi üzərində işləyir.

Şirkət sözügedən layihəni mayın 24-də Beynəlxalq Telekommunikasiya İttifaqına bildirdi.

Plana 160 müxtəlif orbital müstəviyə yayılacaq 10 min peyk daxildir. Bu peyklər sayəsində dünyanın ən ucqar nöqtələrinə belə internetə çıxış təmin ediləcək.

Qeyd edək ki, "Honghu-3" Çinin kosmosdakı irimiqyaslı layihələrindən yalnız biridir. Daha əvvəl “milli Guowang planı” və “Şanxay tərəfindən dəstəklənən G60 Starlink” kimi daha iki böyük layihə mövcuddur.

 

 

0.015148878097534