Laçının bu hissəsində tikinti işlərinə başlanılır
Laçın rayonunun Bəylik yaşayış məntəqəsində birinci mərhələdə 91 fərdi yaşayış evi tikiləcək.
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bununla bağlı hazırlıqlara başlıyıb.
Yaşayış məntəqəsinin sahədaxili elektrik, su təchizatı, kanalizasiya, suvarma və parkın suvarma sistemi, qaz təchizatı, yol-küçə, abadlıq və yaşıllaşdırma işləri də həyata keçiriləcək.