Məni Tanrı göndərib - Modi

Məni Tanrı göndərib - Modi
 

Mənə dəli deyə bilərlər, amma məni Allah göndərib.

Bunu üçüncü müddətə yenidən seçilmək istəyən Hindistanın Baş naziri Narendra Modi NDTV telekanalına müsahibəsində deyib.

“Bəziləri məni dəli adlandıra bilər, amma əminəm ki, Paramatma (Tanrı) məni bir məqsəd üçün göndərib. Məqsəd əldə olunandan sonra mənim işim tamamlanacaq. Buna görə də özümü tamamilə Allaha həsr etmişəm”, - Modi bildirib.

Baş nazir onu da deyib ki, Allah işlərində ona rəhbərlik edir, lakin bütün “kartlar”ını açmır:

“Mən ondan nə olduğunu soruşmaq üçün birbaşa ona zəng edə bilmərəm".

Qeyd edək ki, 73 yaşlı Modinin rəhbərlik etdiyi hakim millətçi Bharata Canata Partiyasının (Hindistan Xalq Partiyası) qalib gəlmək şansı yüksəkdir. Seçkinin nəticələri iyunun 4-də məlum olacaq.(axar.az)

 

0.016698122024536