Türkiyədə mülki təyyarə hissələri istehsal olunacaq: 20 milyard dollarlıq müqavilə...

Türkiyədə mülki təyyarə hissələri istehsal olunacaq: 20 milyard dollarlıq müqavilə...
 

Türk Hava Yolları Rolls-Royce Holdings Plc və Airbus SE ilə Türkiyədə aviasiya komponentlərinin istehsalı üçün təxminən 20 milyard dollarlıq müqavilə bağlamağa hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, tərəflər sövdələşməni aprelin sonunda elan edəcəklər. Dekabr ayında ən böyük səhmdarı dövlət olan Türk hava yolu şirkəti gələcəkdə əlavə təyyarələr almaq imkanı ilə təxminən 70 milyard dollar dəyərində 230 Airbus təyyarəsi almaq üçün sifariş verib. Türk Hava Yolları İstanbul mərkəzini inkişaf etdirmək və Emirates və Qatar Airways kimi digər regional daşıyıcılarla daha yaxşı rəqabət aparmaq istəyir.

“Bloomberg” mənbələrinin qeyd etdiyinə görə, Türkiyə sifarişin bir hissəsi olaraq bəzi təyyarə hissələrinin istehsalının lokallaşdırılmasında israrlıdır.

Təyyarə komponentlərinin yerli istehsalına dair razılaşma Türkiyənin mülki və hərbi aviasiya sənayesini inkişaf etdirmək məqsədlərinin həyata keçirilməsi üçün çox vacibdir. İstehsal proqramında iştirak edəcəyi gözlənilən şirkətlər arasında dövlətə məxsus TUSAS Engine Industries Inc. (TEI) də var.

 

0.013125896453857