Küləkli hava nə vaxtadək davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?
 

Azərbaycanda küləkli hava şəraitinin nə vaxtadək davam edəcəyi açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur.  Arabir güclənən şimal-qərb küləyi əsir. Hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 23 m/s, Altıağacda 22 m/s, Şamaxıda 16 m/s-dək güclənib. 

Ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti aprelin 12-si səhərədək davam edəcək.

 

0.086865186691284