Roza Zərgərli rəylərə əsəbiləşdi: “Mərifətiniz, qanacağınız olsun!” - VİDEO

Roza Zərgərli rəylərə əsəbiləşdi: “Mərifətiniz, qanacağınız olsun!” - VİDEO
 

Müğənni Roza Zərgərli neqativ şərh yazanlara mesaj göndərib.

 “Xəzər axşamı” verilişinin qonağı olan sənətçi son günlər sosial şəbəkələrdə yazılan şərhləri oxuduğunu bildirib:

“Hər zaman aktiv sosial media istifadəçisi olmuşam, amma son 5-6 gündə aktiv oxuyucuya çevrilmişəm. Dostlarımın, özümün etdiyim paylaşımların altına yazılan şərhləri oxuyuram, saytlarda yazılanları da oxuyuram. Əzizlərim, buradan sizə müraciət edirəm, bəyənməyən girib takib etməsin. İnanın ki, yazdığınızın 3-5 qatını ürəyimizdə biz sizə qarğış kimi qaytarırıq”.

R. Zərgərli sənəti əvəzinə, başqa müzakirələr edən izləyicilərinə sərt şəkildə cavab verib:

“O gün bir şirkətlə əməkdaşlığım çərçivəsində videomu paylaşmışam, reklam xarakterlidir və mətni danışıram. Videonun altına yazıblar ki, “Bu nə gündədir?”, “Ayaqları əyridir”, “Özü boyda nəvələri var” və s. Ay balam, mənim övladım hələ evli deyil. Uşaq evindən götürdüyüm övladlarımın uşaqları var, onları mən dünyaya gətirməmişəm. Bu yaxşılığı da burnumuzdan gətirdiniz! Hərbçilərin yanında, uşaq evlərində, qocalar evində oxumağımızı burnumuzdan gətirdiniz. Vicdanınız olsun, ay mən deyən gözəl insanlar...

Bir dəfə də arxadan bəri danışmayın, sənətimizdən danışın! Kim haradırsa, elə oradan danışıb müzakirə edir. Mərifətiniz, qanacağınız olsun! Mənim uşaq evindən götürdüyüm uşaqların kiminsə şərhinə girib pis söz yazdığını görmüşünüz? Bu, mənim verdiyim tərbiyədir, o da sizin gördüyünüz...”

 

0.019554138183594