Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan

Azərbaycanla prosesi mümkün qədər tez aparmalıyıq, çünki... - Paşinyan
 

"Ermənistanla Gürcüstan arasında delimitasiya 20 ildən artıqdır ki, davam edir, lakin bu prosesi sürətləndirmək lazımdır. Azərbaycanla da delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır".

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Niyə? Delimitasiya aparılmaması münaqişənin yaranmasına səbəb ola bilər. Buna görə də biz vəziyyəti mümkün qədər idarəolunan saxlamaq üçün münaqişənin yaranmasına ciddi təhlükə  olan yerlərdən başlayırıq”,- Paşinyan qeyd edib.

O əlavə edib ki, delimitasiya sənədlərində müəyyən məxfilik var və onlarla işləmək üçün müəyyən prosedurlar var: "Hesab edirəm ki, bu prosedurlarla bağlı anlaşılmazlıqlar ola bilər".
Paşinyan eyni zamanda əlavə edib ki, bütün bu prosesin geosiyasi təsiri var. 

“Gözümüzün önündə bir neçə dəfə bizim qarşımızda təhlükəsizlik öhdəliyi olan strukturlar və ölkələr öz öhdəliklərini yerinə yetirə bilməyiblər. Bu fakt Ermənistanı belə qənaətə gətirməlidir ki, təhlükəsizliyimizi təmin etmək üçün yalnız özümüzə arxalanmalıyıq", - o qeyd edib.
Paşinyan əlavə edib ki, vəziyyəti dəyişməmək ölkəni müəyyən çöküşə sürükləmək deməkdir.
"Biz milli maraqlarımıza uyğun olaraq kənar dəstək və himayədar olmadan regionumuzda yaşamağın həll yolunu tapmalıyıq. Keçdiyimiz yolu təhlil edəndə görürük ki, özümüzü bir forpost kimi görürük", - Paşinyan vurğulayıb.


 

 

0.016512870788574