Süni intellektə qarşı qarşıdurma başladı: Rəqiblər "hücum"a keçdi
ABŞ-də süni intellekt məhkəməyə verilib.
Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-ın 8 böyük qəzeti "ChatGPT" istehsalçısı "OpenAI" və "Microsoft"u məhkəməyə verib.
Bunan səbəb kimi isə müəllif hüquqlarının pozulması göstərilib.
Belə ki, 8 ABŞ qəzeti "OpenAI" və onun dəstəkçisi "Microsoft"a qarşı məhkəmə iddiası qaldıraraq, texnoloji şirkətlərin süni intellekt "chatbot"larını öyrətmək üçün icazə və ya ödəniş etmədən milyonlarla müəllif hüququ ilə qorunan xəbər məqalələrini “oğurladığını” iddia edib.
“Məlumat toplamaq və xəbər hazırlamaq üçün milyardlarla dollar xərcləmişik. "Biz "OpenAI" və "Microsoft"un işimizi oğurlamasına icazə verə bilmərik" - qəzetlərin birgə açıqlamasında deyilir.
"Microsoft" məsələ ilə bağlı şərh verməkdən imtina edib. "OpenAI" öz bəyanatında xəbər təşkilatlarını dəstəkləməyə xüsusi diqqət göstərdiyini bildirib.
Qeyd edək ki, "New York Times" və bəzi media qurumları daha əvvəl "OpenAI"yə qarşı müəllif hüquqları ilə bağlı iddia qaldırıb. Texnologiya şirkətləri süni intellektə öyrətmək üçün internetdə açıq olan məzmundan istifadənin ABŞ müəllif hüquqları qanununun “ədalətli istifadə” doktrinasına uyğun olduğunu iddia edirlər.
Bəzi hallarda şirkətlər onların məzmunundan istifadə etmək üçün yayımçılara pul ödəyirlər.