Oturuşuna görə insanların xarakterləri - FOTOLAR
Oturma şəkliniz sizin necə biri olduğunuzu göstərir.
"Gloob" xəbər verir ki, şəxsiyyət testi mütəxəssisləri bu qənaətə gəlib.
Mütəxəssislərin fikrincə, dik oturan şəxslər dikbaşlı ola bilər. Onlar planlı olmağı sevir, nəzarəti əlində saxlayır, sahiblənən və qoruyan, qətiyyətli mövqeyə sahib insanlardır.
Ayağını ayağının üstünə atan şəxslər söhbəti ilk başladan biri deyil, ciddi insan kimi tanınır, iddialı və qısqancdır, lider ruhludur, suallara cavab versə də, özü sual vermir, olduğu mühitdə diqqət çəkməyi xoşlayır.
Dirsəklərini ayaqlarına söykəyərək oturan şəxslər özündən çox başqalarını fikirləşir, nəzakətli və pozitivdir, bəzən pessimist və çəkingəndir, fədakar olmağa meyillidir.
Rahat formada oturan şəxslər qarşı çıxmağı sevir, simpatik və mehribandır, özü ilə barışıq və pozitivdir, müşahidə qabiliyyəti yüksəkdir, eqosentrikdir.
Önə doğru əyilərək oturanlar sirli görünürlər, hər şeyi hər kəsə danışmamağa diqqət edir, sirr saxlamağı bacarır, yaxşı dinləyicidir.
Ayaqlarını birləşdirərək oturan şəxslərin ciddi xarakteri var, müşahidə aparmağı sevir, hər kəs ondan çəkinir, planlı olmağı sevir və hər zaman 2-ci bir planı olur.
Şüurlu şəkildə oturan şəxs insanları analiz etməyi xoşlayır, xaraktercə rahatdır, xüsusi olduğunu düşünür, çevrəsi çox genişdir.
Yarım oturan şəxs həyəcanlı xarakterə sahibdir, enerjisi çoxdur, yerində dayana bilmir, ekstrovertdir, daim gəzməkdən xoşu gəlir.
Billurə Yunus