İcra başçısı birinci müavinini dəyişdi, Aqil Dadaşov isə Şəhər təsərrüfatı şöbəsinin müdiri, müavin təyin edildi.

İcra başçısı birinci müavinini dəyişdi, Aqil Dadaşov isə Şəhər təsərrüfatı şöbəsinin müdiri, müavin təyin edildi.
 

Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısına birinci müavini təyin edilib. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, icra başçısı Taleh Qaraşovun müaviq əmri ilə Başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mikayıl Babək oğlu Cəfərzadə vəzifəsindən azad edilib. 

Digər əmrlə Mikayıl Cəfərzadə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin olunub. 

İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdrılması şöbəsinin müdir müavini Aqil İlqar oğlu Dadaşov isə vəzifəsindən azad olunaraq, Başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri təyin edilib.

Qeyd edək ki, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun birinci müavini Möhübbət Babayev bu ilin fevral ayında vəzifəsindən azad olunub. 

 

0.010428905487061