İnsan beyni böyüyür – Araşdırma
Yeni araşdırmalar göstərir ki, insan beyninin ölçüsü zamanla tədricən artır və bu, gənc nəsillərdə demensiya riskini azalda bilər.
Paralel.az axar.az-a istinadən bildirir ki, yaşı 55-65 arasında olan üç mindən çox amerikalının beyninin təsviri ilə aparılan araşdırma, 1970-ci illərdə doğulanların ümumi beyin həcminin 1930-cu illərdə doğulanlara nisbətən 6,6 faiz daha çox olduğunu ortaya qoyub.
Yaddaş və öyrənmədə mühüm rol oynayan beynin xüsusi hissəsi tədqiq edilən ardıcıl nəsillər ərzində həcmcə yüzdə 5,7 faiz genişlənib. Bu, boy və yaş kimi digər təsirli olan amillər nəzərə alındıqdan sonra belə doğru idi.
Tədqiqata rəhbərlik edən Kaliforniya Davis Universitetinin nevroloqu Çarlz Dekarli bildirib ki, hər hansı bir insanın doğulduğu 10 il beyin böyüklüyünü göstərir və potensial olaraq uzunmüddətli beyin sağlamlığına təsir edir. Genetika beyin ölçüsünün müəyyən edilməsində mühüm rol oynayır, lakin əldə edilən nəticələr göstərir ki, sağlamlıq, sosial, mədəni və təhsil faktorları kimi təsirlər də rol oynaya bilər.
Bu gün demensiya bütün dünyada on milyonlarla insana öz təsirini göstərir və dünya əhalisinin yaşlanması ilə yaxın üç onillikdə xəstəliyin diaqnozu üç dəfə artacaq. Ancaq düşünmək üçün ümidverici bir məlumat var - son üç onillikdə ABŞ və Avropada demensiya halları hər on ildə təxminən 13 faiz azalıb. Gənc nəsillərdə demensiyanın riski ehtimal ki, daha sağlam həyat tərzi və tərbiyə ilə əlaqədar olaraq azalır.