Ləkələri yoxmuş kimi təmizləyir: yarıya bölün və...

Ləkələri yoxmuş kimi təmizləyir: yarıya bölün və...
 

Evdə mikroblardan təmizlənməsi lazım olan ən əsas yerlər tualet və hamamdır. Bu yerlərdə zamanla əmələ gələn pas ləkələri həm görünüşə, həm də gigiyenaya mənfi təsir göstərir.

Paralel.az xəbər verir ki, evdə özünüz hazırlaya biləcəyiniz pas ləkələri üçün olan bu üsullar çox səmərəli nəticələr verir.

Limon və duz qarışığı - bir limonu sıxın və bir neçə qaşıq duz əlavə edin. Bu qarışığı paslı bölgələrə çəkin və gözləyin. Sonra ləkələri süngər və ya fırça ilə ovuşdurun. Limonun təsirli gücü sayəsində çıxmayacağını düşündüyünüz paslı yerlər belə əriməyə başlayacaq.

Ağ sirkə də əla təmizləyicidir. Bir sprey şüşəsini ağ sirkə ilə doldurun və paslı yerlərə püskürtün. Sirkənin bir neçə saat gözlədikdən sonra onu parça və ya süngərlə ovuşdurun.

Başqa bir alternativ kartof və duzun birləşməsidir. Bir kartofu yarıya bölün və üzərinə duz əlavə edin. Sonra kəsilmiş səthlə pas ləkələrini sürtməyə başlayın. Bunun üçün süngərə və ya parçaya ehtiyacınız olmayacaq. Kartofun tərkibindəki nişasta pas ləkələrini çıxarmağa kömək edir.

Xüsusilə kosmetik sahədə bir çox faydası olduğu bilinən çay ağacı yağı paslı yerlərin cilalanmasına da kömək edə bilər. Bir neçə damcı çay ağacı yağını su ilə qarışdırın. Çay ağacı yağı pas ləkələrini həll etməyə və onları dərindən təmizləməyə kömək edir.

 

0.017133951187134