Azərbaycan Premyer Liqası: “Turan Tovuz” və “Qarabağ” paytaxt klubları ilə üz-üzə gələcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu keçiriləcək.
Günün ilk matçı Tovuzda olacaq.
“Turan Tovuz” doğma azarkeşləri önündə “Sabah”ı qəbul edəcək. Bölgə klubu 36 xalla 7-ci, paytaxt təmsilçisi 40 xalla beşinci pillədə qərarlaşıb.
İkinci görüşdə çempionluğu rəsmiləşdirən “Qarabağ” “Səbail”i sınağa çəkəcək. “Köhlən atlar”ın 69 xalı var. “Dənizçilər” isə 36 xalla altıncıdırlar.
Azərbaycan Premyer Liqası
XXIX tur
6 aprel
16:00. ”Turan Tovuz” - “Sabah”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tovuz şəhər stadionu
20:00. “Qarabağ” - “Səbail”
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Tofiq Bəhramov adına Respublika stadionu
Qeyd edək ki, ötən gün “Kəpəz” “Araz-Naxçıvan”a qalib gəlib - 2:1. Tura aprelin 7-də yekun vurulacaq.