Yeməyi zəhərə çevirməyin – Dəfnə yarpağını şorbada bu qədər saxlayın
Dəfnə yarpaqlarının şorbaya vaxtında əlavə edilməməsi yeməyin dadını poza bilər.
Lent.az bildirir ki, dəfnə yarpaqları şorbaya ən sonda, yeməyin tam bişməsinə 10 dəqiqə qalmış əlavə edilir.
Ədviyyatı gec əlavə etsəniz, dəfnə yarpağı ətrini buraxmağa vaxt tapmayacaq. Tez əlavə edilsə, şorba acı çıxa bilər.
Həmçinin, hazır şorbadan dəfnə yarpağını çıxarmasanız da acı olacaq.
Nəzərə almaq lazımdır ki, bu ədviyyat hamilə qadınlar tərəfindən istehlak edilməməlidir. Həmçinin, dəfnə yarpaqları da ev heyvanları üçün zəhərlidir. Heç vaxt ev heyvanlarınıza bu ədviyyatla hazırlanmış yeməklər verməyin.