Şahmat tarixinin 4-cü ən gənc qrossmeysteri 12 yaşlı Türk şahmatçı Yağız Kaan Erdoğmuş oldu - FOTO
Azərbaycanlı gənc şahmatçı Məhəmməd Muradlının da oynadığı Almanyada tamamlanan Grenke Açıq Şahmat Turnirində yarışan Türk şahmatçı Yağız Kaan Erdoğmuş qrossmeyster olmaq üçün lazım olan 3-cü və sonuncu normasını da qazanaraq 12 yaş 9 ay 29 gün ilə dünya şahmat tarixinin qrossmeyster (GM) ünvanına yiyələnən ən gənc 4-cü şahmatçısı oldu.
Şahmat tarixində qrossmeyster olan ən gənc 10 idmançını sizə təqdim edirik.
Azərbaycanın və dünyanın ən güclü şahmatçılarından biri olan Teymur Rəcəbov da 14 yaşında qrossmeyster ünvanına yiyələnərək bu siyahıda 17-ci yeri tutur.
Bu turnirdə 13 xal qazanaraq reytinqini 2553-ə çatdıran Yağız hazırda 14 yaşından balaca dünyada ən yüksək reytinqə sahib olan idmançıdır. O, eyni zamanda bu turnirdən sonra şahmat tarixinin 13 yaşından balaca ən yüksək reytinqə sahib 2-ci idmançısı oldu. 1989cu ildən bəri Judit Polgarın sahib olduğu rekordu qırmağa isə ona cəmi 3 xal lazımdır.
Qardaş ölkənin gənc idmançısını qazandığı bu böyük uğur münasibəti ilə təbrik edir, uğurlarının davamını arzu edirik.
4-22 aprel tarixlərində Kanadada baş tutacaq və qalib olanın Dünya Çempionu ünvanı üçün oynamağa haqq qazanacağı, dünyanın ən prestijli şahmat turniri olan Namizədlər Turnirində 7 idmançı ilə bərabər həmyerlimiz Nicat Abbasov da çıxış edəcək. O, 2023-cü ildə Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 4-cü yeri tutaraq bu turnirdə iştirak etməyə haqq qazanmışdı. Nicat Abbasova da bu çətin turnirdə uğurlar arzu edirik.