"Xavini klubda saxlamağa çalışacağıq"
"Barselona"nın vitse-prezidenti Rafa Yuste baş məşqçi Xavini postunda saxlamağa çalışacaqlarını deyib.
Paralel.az xəbər verir ki, AS nəşri onun sözlərini belə çatdırıb:
"Söhbət bir-iki mövsümdən getmir. Biz onunla uzun müddətli layihəni müzakirə edirik. Xavini klubda saxlamağa çalışacağıq. Lakin hər şey onun özündən asılıdır".
Qeyd edək ki, 2021-ci ildən "Barselona"nı çalışdıran Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.