"Boşanmaq üçün son qərarı mən verdim" - Leyla Rəhimova 

 

Həyat yoldaşı Zaur Cəlillə boşanma ərəfəsində olan müğənni Leyla Rəhimova "7 tamam" verilişində qonaq olub.

Şəxsi həyatından danışan ifaçı ayrılıq qərarlarına ailələrin müdaxilə etmədiyini və son qərarı özünün verdiyini bildirib:

"Heç barışmaq imkanımız yoxdur. Boşanmağımıza az qalıb, artıq sonuncu məhkəmədir. Ailələr ayrılmağımıza qarışmadı. Qərarı özümüz verdik. Son qərarı isə mən verdim. Artıq barışmağın yeri yox idi. Mən elə bir insanam ki, çox güzəşt edirəm. Amma bitdi dedimsə, vəssalam. Ayrılmaq üçün səbəblər üst-üstə toplandı və bu həddə çatdı. İnşallah ki, övladları da böyüdəcəyik, yaxşı olar".

Qeyd edək ki, Zaur ötən ilin sentyabrında "Evliliyimizin yeddinci ilində ayrılmaq qərarına gəldik. Bu da son" deyə, sosial şəbəkədə yazmışdı. 

Leyla tamaşaçılara "O səs Türkiyə" yarışmasından tanışdır. Leyla və Zaur 2016-cı ildə ailə qurub. Müğənninin həyat yoldaşı həm musiqi, həm də idmanla məşğul olur və uzun illərdir xaricdə yaşayır. Leyla da ailə qurduqdan sonra Amerikaya köçmüş və sənətdən uzaqlaşmışdı. Cütlüyün 3 övladı var. 

 

0.021574974060059