Dünyada neçə din var və ən çox yayılanı hansılardır – Ateizm neçəncidir?

Dünyada neçə din var və ən çox yayılanı hansılardır – Ateizm neçəncidir?
 

Bir çox məlumatlara görə hazırda dünyada 10 mindən çox dinin olduğu barədə bilgilər var. Lakin onların heç də hamısı çox yayılmayıb. Bir çox dinlər var ki, onlar ancaq çox kiçik arealda - tayfa, qəbilə səviyyəsində yayılıb. 

Paralel.az Ölkə.Az-a istinadən xəbər verir ki, lakin bu dinlər arasında isə ən çox yayılanı islam, xristianlıq, buddizm, hinduizm, yəhudilik, çaynizm, şintoizm, atəşpərəstlik, şamanizm, bəhailik, sunda vivitan dinləridir.

Bunların da içərisındə ən çox yayılanı isə xristinalıq, islam, hinduizm, buddizm və yəhudilikdir.  Bu gün dünya əhalisinin 32%-i xristian, 23%-i müsəlman, 15%-i hinduizmə, 7%-i buddizmə, 0,2%-i isə yəhudiliyə, 7%-ə qədəri isə digər dinlərə inanırlar. Dünya əhalisinin 16%-ə qədəri isə heç bir dinə inanmır.

Bunları rəqəmlə ifadə etsək, o zaman belə bir mənzərə yaranar: 7 milyarddan çox olan dünya əhalisinin təxminən 2 milyardı xristianlıq, 1,1 milyardı İslam, 500 milyonu hinduizm, 14 milyonu isə yəhudilik dininin daşıyıcısıdır.

Mürtəza
Ölkə.Az

 

0.015580892562866