“Səsim batmışdı, elə bilirdilər lalam” - Zülfiyyə İbadova
"Səsim necə batmışdısa... 2 il zorla danışırdım".
Axşam.az xəbər verir ki, bu sözləri aşıq Zülfiyyə İbadova "Rəngarəng səhər" proqramında deyib. İfaçı illər əvvəl başına gələn haisədən danışıb:
"Pəri" məclisinə solo ifa ilə gəlmişdim. Elə bilirdilər lalam, səsim çıxmırdı. Hətta sonra mənə şeir yazdılar ki, "Axır ki, açıldı səsin"... Bir qorxu keçirtmişdim, onun təsiri idi. Qorxudan möhkəm qışqırdım, ondan oldu. Görmək istəmədiyim adam var idi, gördüm və qışqırdım. Həmin vaxt 7-8 toy yazılmışdı, qaytardıq hamısını. Məni qaçıqrtmaq istəyirdilər, qorxmuşdum".