Xəstəxanaya yerləşdirilən Kadir İnanırın son vəziyyəti AÇIQLANDI
Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Kadir İnanır bazar günü vəziyyəti qəfil pisləşdiyindən huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ölkə.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sənətçinin beynindəki bəzi damarların tıxandığı açıqlanıb.
Dərhal əməliyyat olunan ustad aktyorun tıxanmış damarları açıldıqdan sonra o reanimasiyaya yerləşdirilib. Həkimlər ilk 24-48 saat ərzində K.İnanırın vəziyyətinin nəzarətdə saxlanacağını, oyandıqdan sonra kliniki vəziyyətinin aydın olacağını açıqlamışdı.
K.İnanırın həyat yoldaşı Julide Kural isə bütün analizlərin nəticələri müsbət çıxdığından aktyorun oyandırılacağını açıqlayıb. O, həyat yoldaşının bütün bədən funksiyalarında müsbət dinamika müşahidə olunduğunu söyləyib.
Qeyd edək ki, Kadir İnanırın 74 yaşı var.
Billurə