"Onu acılamaq ailəsinə, qardaş-bacısına, sevənlərinə söz atmaq deməkdir"
"Çıxıb nəsə deyən kimi qalmaqal olur. Yaxşısı budur ki, danışmayım. Efirdən bir insana söz demək, onu acılamaq onun ailəsinə, valideynlərinə, sevdiyi insana, qardaş-bacısına və sevənlərinə söz atmaq deməkdir".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov qonaq olduğu "10-da görüşək" verilişində deyib. Sənətçi ad çəkmədən efirdə onun haqqında danışılmasına reaksiya verib:
"Hərdən aparıcılardan da inciyirəm. Bir ifaçıya söz deyəndə onu başa salıb sonra demək lazımdır. Baxıram, ürəyim qırılır. Danışan və ya kiməsə söz deyən və ya nəyəsə görə zəng edən insan deyiləm. Kim məndən narahatdırsa, gəlsin dursun qabağımda və sözünü desin. Şəxsən mən heç kimdən narahat deyiləm. Kiminsə də sözü məni narahat etmir.
Mənə sosial şəbəkədə kiminsə haqqında nəsə danışmaq yaraşmaz və ya mənə əli çatmayan bir insan haqda efirdə çıxıb nələrsə danışım... Buna mənim ailə tərbiyəm imkan vermir".
Qeyd edək ki, bir müddət əvvəl Kərim Abbasov qonaq olduğu verilişlərdə Zamiq haqda qalmaqallı sözlər demişdi.