Van Dammın gəlini anası ilə belə dincəlir

Van Dammın gəlini anası ilə belə dincəlir
 

Hollivudun əfsanəvi aktyoru Jan Klod Van Dammın gəlini Suada Hacızadə anası ilə bağlı diqqətçəkən paylaşımlar edib. 

Yenisabah.az xəbər verir ki, uzun müddətdir valideynini görə bilməyən Suada onunla Latviyanın Riqa şəhərində görüşüb. 

Şəhəri gəzib dolaşan ana-bala bərabər çəkdirdikləri fotoları sosial şəbəkə hesablarında paylaşıblar. Şəkillər arasında Riqanın memarlıq abidələri, muzeylər və tarixi binalar yer alıb. 

Xatırladaq ki, bir neçə həftə əvvəl Suada bədii gimnastika üzrə dünya və Avropa çempionatının finalçısı olan bacısı Selcan Hacızadə ilə Litvanın paytaxtı Vilnus şəhərində görüşüblər. 

Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. 

 

0.015558958053589