“Röya Elnarəni yəqin ki, çağırmayıb“ - Natavan Həbibi

“Röya Elnarəni yəqin ki, çağırmayıb“ - Natavan Həbibi
 

Müğənni Natavan Həbibi həmkarı Elnarə Xəlilova ilə aralarındakı münasibətdən bəhs edib.

Paralel.az xəbər verir ki, sənətçi "10-da görüşək" verilişində Xalq artisti Röya Ayxanın onu evinə dəvət etməsindən söz açıb:

"Röya məni villasında qonaq edəndə yəqin ki, Elnarəni çağırmayıb. Bu haqda dəqiq bilmirəm. Röya ilə Elnarənin söhbətlərinə qarışmıram Mənim ümumiyyətlə hamı ilə münasibətim yaxşıdır. Mənim heç Röya ilə münasibətim pozulmamışdı. Zaman-zaman onlar özləri məndən inciyib, küsürlər sonra isə bir az vaxt keçir yaddan çıxır. Heç bilmirəm problem nədir (gülür). Hərəsinin "gəlib-getməkləri" var. Biz üçümüz hər dəfə görüşəndə bir-birimizə baxıb gülürük. Dünən nəsə olubsa belə bu gün heç nə olmamış kimi görüşə, salamlaşa bilirik. Gülməli situasiya yaranır. Bü0tün bunlara isə ciddi yanaşmıram, nə də onlara qarışıram".

Qeyd edək ki, Elnarə Xəlilova açıqlamasında Natavanın onunla Röya arasındakı qalmaqala qarışmasını tənqid etmişdi. /Axşam.az

0.018470048904419