Anar Ağakişiyevdən Moskvadakı hücumla bağlı AÇIQLAMA: “Yarım saat əvvəl…”
Tanınmış stilist Anar Ağakişiyev Moskvadakı terror aktından danışıb.
Sfera.az bildirir ki, stilist hadisənin baş verdiyi “Crocus City Hall”da olduğunu deyib. Ağakişiyev bunları qeyd edib:
“Çoxları mənə görə narahat idi. O məkanda mən də var idim. Sadəcə olaraq, hadisə baş verməmişdən yarım saat öncə oradan ayrıldım. Yəni həmin anda məkanda deyildim, artıq hava limanına gedirdim”.
Qeyd edək ki, Moskvada azərbaycanlı iş adamı Araz Ağalarova məxsus “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Sözügedən məkanda Xalq artisti Röya Ayxanın konserti baş tutacaqdı.